Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 19:46
Ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, martın sonu və aprelin əvvəlində bu virusa yoluxanların sayında artım olub:
"Karantin rejiminin tətbiqi ilə vəziyyət nəzarətə götürülüb. Vətəndaşlar qaydalara maksimum riayət edib. Xəstələr vaxtında nəzarətə götürülməsəydi, bu prosesdə ağırlaşdırıcı hal yaşana bilərdi. Amma ciddi karantin tədbirləri ölkəmiz üçün əhəmiyyətli oldu. Diaqnostik testlərin sayı da çox oldu. Əvvəl bir gündə 200-300 test aparılırdısa, sonradan bu say 5000 oldu. Dövlət üzərinə düşən bütün tədbirləri gördü. Əhali bundan sonra da qaydalara riayət etsə, biz bu xəstəlikdən qurtula bilərik. Karantin yumşaldıqdan sonra yoluxma halları artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər. Artıq rayonların 25 faizində fəal ocaqlar ləğv edilib. Davranış qaydalarında əsasən sosial izolyasiya, şəxsi gidalanma və gigiyenalara nəzarət etsək, nailiyyətlərimiz daha çox olacaq".