Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İncitdiyiniz, susan qadından qorxun'' - Natavan

''İncitdiyiniz, susan qadından qorxun'' - Natavan

Tarix: 25 Aprel 2020 13:45

"Qadın "yox", "istəmirəm" deməyi bacarmalıdır. Özünə dəyər verməli, dəyər görməlidir. Əksi olan yerdə isə qalmamalıdır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Qadınlardan bəhs edən sənətçi bunları əlavə edib:

"Qadınlar güclüdür. Qadın hər şeyin öhdəsindən gəlməyə qadirdir. Hələ yıxılıb ayağa durmayan, dura bilməyən qadın görməmişəm. İstəyib də, əldə etməyən qadın görməmişəm. Qadını incitməyəcəksiniz, incitdiyinizdən isə qorxun. Heç bir qadın susmaz. Susan qadından qorxun".


Etiketlər:  İncitdiyiniz susan qadından qorxun Natavan


RƏYLƏR