Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 01:48
Bakı. Trend:
Türkiyə koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar 60 mindən çox vətəndaşını təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
M.Çavuşoğlu bildirib: "Bu günə qədər 60 mindən çox vətəndaşımız təxliyə edilib. Türkiyədə yaşayan 20 minə yaxın insanın ölkələrinə qayıtmasını təmin edə bildik, 57 ölkəyə tibbi avadanlıqlar verdik".
Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində daha 106 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Ölkədə 2 861 yeni yoluxma halı qeydə alınıb.