Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 16:44
Bakı. Trend:
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıda bilər.
Trend-in məlumatına görə, o, yaxın aylarda Gürcüstana qayıtmağı planlaşdırdığını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski M.Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa etmiş və növbəti gün o, Ukraynaya qayıtmışdı.
M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Orada sabiq prezident barəsində bir neçə cinayət işi açılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin