Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 14:00
Bakı. Elnur Bağışov - Trend:
İranda 19 fevraldan bu günədək (26 aprel) 90 481 nəfər koronavirusa (COVID19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 1 153 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Ümumilikdə virusa yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi ötən sutka ərzində daha 60 nəfərin koronavirusdan öldüyünü və İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını deyib.
Cahanpur bildirib ki, İranda indiyədək 69 657 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 421 mindən çox test həyata keçirilib.