Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO)

Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO)

Tarix: 27 Aprel 2020 09:24

Bakı. Samir Əli - Trend:

Bakıda aptekə basqın edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumatda bildirilir ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən apteklərdən birinə üzündə maska olan naməlum şəxs daxil olub. O, əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş 1979-cu il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO) - Gallery Image Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO) - Gallery Image Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO) - Gallery Image Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda aptekə silahabənzər əşya ilə basqın edən şəxs yaxalandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ