Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda küçələr belə yuyulur (FOTO)

Sumqayıtda küçələr belə yuyulur (FOTO)

Tarix: 27 Aprel 2020 11:00

Bakı. Trend:

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

Qeyd edək ki, Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image Sumqayıtda küçələr belə yuyulur (FOTO) - Gallery Image


Etiketlər:  Sumqayıtda küçələr belə yuyulur FOTO


RƏYLƏR