Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qualcomm, Snapdragon 865+ prosessorunu bu il çıxartmayacaq

Qualcomm, Snapdragon 865+ prosessorunu bu il çıxartmayacaq

Tarix: 28 Aprel 2020 08:28

Qualcomm şirkəti hər il flaqman modellər üçün ən güclü prosessorunu hazırlayaraq satışa çıxardır. Bunlara misal olaraq Snapdragon 835, 845, 855 və 865 prosessorlarını göstərmək olar. Lakin keçən ildən etibarən il sonuna doğru 2-ci bir flaqman prosessor da çıxartmağa başladı. Snapdragon 855+ olaraq adlanan bu prosessor standart versiyaya görə daha yüksək Ghz-lərə malik idi. Bu il çıxması gözlənilən SoC 865+ isə təsdiqlənən xəbərlərə görə çıxmayacaq.

Meizu rəsmisi Snapdragon 865+ prosessorunun bu il çıxmayacağını təsdiqlədi.

Çinli smartfon istehsalçısı olan Meizu şirkətinin marketinq müdiri Wan Zhigiang bu il Qualcomm şirkətinin Snapdragon 865-in daha güclü versiyası olan Snapdragon 865+ prosessorunu bu il çıxartmayacağını təsdiqlədi. Bu haqda Weibo platformasında məlumat verilib. İlin əvvəlində bəzi mütəxəssislərə görə Qualcomm bu ilin 3.rübündə SoC 865+ prosessorunu satışa çıxaracaqdı. Lakin göründüyü kimi şirkət niyəsə bu addımdan imtina edib.

Keçən il istehsal olunan Soc 855+ prosessoru bəzi smartfon modellərində istifadə olunmuşdu. Bu smartfonlar bunlar idi: Xiaomi Mi 9 Pro 5G, Black Shark 2 Pro, OnePlus 7T, Meizu 16S Pro, ASUS ROG Phone 2, Redmi K20 Pro, OnePlus 7T Pro, Nubia Red Magic 3S, iQOO Pro 5G, Vivo Nex3 5G, OPPO Ace. Gözləyib görək Qualcomm şirkəti necə bir yol izləyəcək.


Etiketlər:  Qualcomm Snapdragon prosessorunu çıxartmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ