Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” mobil proqramı tibbi cihaz kimi təsdiqlənib

“Samsung” mobil proqramı tibbi cihaz kimi təsdiqlənib

Tarix: 28 Aprel 2020 08:52

Ənənəvi tonometrdən istifadə etmədən qan təzyiqinin ölçülməsinə xidmət edən "Samsung Health Monitor" mobil əlavəsinə tibbi məhsul statusu verilib. Belə ki, bu həftə "ağıllı" saat və smartfonlar üçün proqram Cənubi Koreyanın Qida Təhlükəsizliyi və Dərman Vasitələri Nazirliyi tərəfindən rəsmən təsdiq edilib.

"Samsung" mobil proqramı tibbi cihaz kimi təsdiqlənib - VİDEOburaxılışı ilin üçüncü rübünə planlaşdırılan "Samsung Health Monitor" əlavəsi ilkin olaraq "Galaxy Watch Active2" "ağıllı" saatına, daha sonra digər "Samsung" modellərinə quraşdırılacaq.

Dəqiq diaqnozun qoyulması üçün "Galaxy Watch Active2" saatı əvvəlcə tonometr göstəricilərinə uyğun sazlanmalıdır. Daha sonra manjet tələb olunmayacaq: qan təzyiqini tək "ağıllı" saat vasitəsilə ölçmək mümkün olacaq. Bununla belə, quraşdırılmanın ən azı ayda bir dəfə edilməsi tövsiyə olunur.

"Qurğu qan təzyiqinin ölçülməsini nəbzölçənin izlədiyi nəbz dalğasının analizi vasitəsilə aparır. Sonra proqram sonuncunun göstəricilərinin müəyyənləşdirilməsi üçün quraşdırma göstəricisi və qan təzyiqi dəyişiklikləri arasında əlaqəni analiz edir, - "Samsung" nümayəndəsi bildirib.

Milli.Az


Etiketlər:  Samsung mobil proqramı tibbi cihaz kimi təsdiqlənib


RƏYLƏR