Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 12:06
Bakı. Trend:
İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, nazirliyə bilavasitə tabe olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.
Qeyd edək ki, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhbətlər aparılıb.
Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həssas və diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyə ediblər.