Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oxudular, bişirdilər, bağ tikdilər... - Müğənnilərin karantini

Oxudular, bişirdilər, bağ tikdilər... - Müğənnilərin karantini

Tarix: 28 Aprel 2020 18:15

Artıq 2 aya yaxındır ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə karantin rejimi tətbiq edilib. Hər kəs kimi şou-biznes nümayəndələri də evdə qal qaydasına əməl edir. Bəs görəsən, bu müddət ərzində məşhur simalar nə ilə məşğul olub? 

Sonxeber.net xəbər verir ki, Axşam.az sorğu edərək sənətçilərə "Karantinin sizə xeyri və ziyanı nə oldu? 2 ay ərzində nələr edə bildiniz?" sualını ünvanlayıb.

Müğənni Roza Zərgərli bildirib ki, karantin günlərində təkcə maddi ziyan görüb:

"Bəzi məqamlarda mənə xeyri oldu. Ailə üçün lazım olan amillərdə müsbət təsirini gördüm. Evimdə çox vaxt keçirdim, bir-birimizi daha yaxşı tanıyıb, söhbət etdik. Ətrafımızı yaxşı tanıdıq. Bir də belə durum olmasın. Amma məncə, bir çox ailələrin birliyinə səbəb oldu".

Müğənni Sevda Yahyayeva isə 2 ayda həyatında, düşüncələrində çox dəyişikliklər olduğunu etiraf edib:

"Bu karantin mənim üçün böyük bir dərs, imtahan oldu. Ziyanı o oldu ki, işlərimdən, dostlarımdan, ətrafımdan ayrı düşdüm. Həyatın, yaşamağın sağlamlığı nə qədər dəyərli olduğunu dərk etdim. Oxumadığım kitabları oxudum, baxmadığım filmlərə baxdım. İnanıram ki, hər şey əvvəlki halına qayıdacaq, bu bəla yer üzündən yox olub gedəcək".

 

Müğənni Gülay Zeynallı isə karantinin onun üçün ən böyük xeyrinin mətbəxdə çox vaxt keçirməsi olduğunu söyləyib:

"Başlayan gündən evdəyəm, rejimlərə, qanunlara uyuram. Qızım onlayn dərslər edirdi, mən də ev işləri görürəm. Karantin hər kəsə mehriban, bir yerdə olmağı, sevdiklərinin dəyərini bilməyi öyrətdi. Ən əsası isə karantin mənə yaxşı boş-düş öyrətdi. Dadlı şirniyyatlar bişirməyi öyrəndim. Bir də kitablar oxudum".

Müğənni Ceyhun Əliyev isə karantinin ziyanlarından danışıb:

"Siz soruşun ki, bu 2 ayda nə öyrənmədiz? Karantinin ziyanı bütün cəmiyyətə durğunluq gətirdi. Heç kimə xeyri olmadı. 2 ay ərzində yaradıcılığımda yaxşı yeniliklər etdim. Ən əsası isə yeni bir mahnı gəlir, hit olacağına inanıram".

 

Müğənni Elvin Abdullayev isə bildirib ki, bu günə kimi yarımçıq qalan bütün işlərini tamamlayıb:

"İki yeni mahnı aranjiman etdirdim. Çoxdandır görmədiyim qohumlarımı gördüm. Ehtiyacı olan bir neçə insana yardım etdim. Karantindən sonra da yardım davam edəcək. Həyatımı səliqəyə salmağa başladım. Evdə özümə aid olan artıq əşyaları səliqəyə saldım, uşaqlarımla yaxşı vaxt keçirdim. Bağ evimdə iş yarımçıq qalmışdı, onu yenidən başladım".

Müğənni Ayan Babakişiyeva karantin günlərindəheç darıxmadığını deyib:

"Həyatımızda bu dəqiqə Covid19-dan başqa heç nə yoxdur. Bu müddət ərzində onu anladım ki, evə çox bağlıyam. Qeyri-adi bir iş görmədim. Əlimdən gələn köməkliyi etdim. Ailənin də nə qədər dəyərli olduğunu bir daha gördüm. Onlarla xoşbəxt həyata davam etmək istəyirəm".

 

Müğənni Murad Arif isə uşaqları ilə daha çox vaxt keçirdiyni bildirib:

"Bağa köçdüm, təbiət içində vaxt keçirdim. Daha çox kitab oxudum. Mənfi tərəfi odur ki, kökəldim".


Etiketlər:  Oxudular bişirdilər bağ tikdilər Müğənnilərin karantini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ