Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizim ailə səpələndi digər kanallara'' - Elşən

''Bizim ailə səpələndi digər kanallara'' - Elşən

Tarix: 28 Aprel 2020 19:05

"ATV mənim üçün ailə kimidir. Amma bu ailə səpələnib digər kanallara. 14 il orada çalışdım. Başqa kanalda çalışmağa başlasam da, hamı ilə münasibətim əla idi".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucov İnstaqramda canlı yayımda deyib. O, Əməkdar artist Bəhram Bağırzadənin suallarını cavablandırıb. Elşən "Xəzər" telekanalında işə başlamasından bəhs edib:

"Hamı mənə sual verir ki, "Xəzər"ə niyə keçdin? Bu sual məni də narahat edir. Neçə vaxtdır televiziyalarda yoxam, verilişim "Youtube"da yayımlanırdı. "Xəzər"ə getsəm də, ATV doğmamdır. Məqsədim eynidir, hansı kanalda oluramsa-olum hamı ilə münasibətim yaxşıdır. Bundan sonra da ATV-nin qulluğundayam. "Xəzər"də hazırda Murad Dadaşov və işinə güvəndiyim insanlar var. Ona görə də verilişimin orada yayımlanmasını istədim. Başqa bir yerə yozulmasın.

Bizdə belə bir fikir formalaşır ki, bu kanaldan gedibsə, deməli, dalaşıb. Heç kimlə münasibətim korlanmayıb. Hətta yeni mövsümdə ATV-də də yeni layihə düşünürəm. Hər iki kanalda yer alacam".


Etiketlər:  Bizim ailə səpələndi digər kanallara Elşən


RƏYLƏR