Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin daha bir klubu məşqləri bərpa etdi

Türkiyənin daha bir klubu məşqləri bərpa etdi

Tarix: 28 Aprel 2020 19:34

Türkiyənin “Dənizlispor” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Qol.az Superliqa təmsilçisinin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün klubun bazasında bir araya gəlib. Futbolçular sosial məsafə qaydalarına riayət etməklə topla çalışıblar.

Qeyd edək ki, Superliqa təmsilçilərindən “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” da məşqləri bərpa edib.
 


Etiketlər:  Türkiyənin daha klubu məşqləri bərpa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ