Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 14:48
Azərbaycanlı idmançılar "PlayStation"da qüvvələrini sınayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İTV-də yayımlanan "Evdə Qol" verilişinin qonaqları MMA üzrə "Rizin" Qran-Pri kəmərinin sahibi Tofiq Musayevlə "Zirə" klubunun yarımmüdafiəçisi Cavid Hüseynov olub.
Onlar virtual yarışın 1/4 finalında qarşılaşıb. Cavid İngiltərənin "Liverpul", Tofiq isə İspaniyanın "Real" klubunu seçib. İlk oyunda Cavidin komandası 1:0 qələbə qazansa da, Tofiq ikinci oyunda revanşı artıqlaması ilə alıb - 4:1.
Beləliklə, Tofiq Musayev yarımfinala çıxıb. Onun bu mərhələdəki rəqibi 1/4 finalın ilk görüşündə futzal millimizin və "Araz" klubunun qapıçısı Rövşən Hüseynliyə qalib gəlmiş taekvondoçu Ayxan Tağızadə olacaq.
Qeyd edək ki, bu gün 1/4 finalda futbolçu Ramil Şeydayevlə cüdoçu Hidayət Heydərov, sabah isə güləşçi Hacı Əliyevlə boksçu Alfonso Dominges qarşılaşacaq.