Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 07:20
Bakı. Trend:
Yəməndə yeni növ koronavirusdan yaranan xəstəliklərdən ilk iki ölüm hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyindən xəbər verilib.
Yerli hakimiyyət Yəməndə ilk koronavirus infeksiyasına yoluxma halının aprelin 10-da Hadramaut əyalətində qeydə alındığını, aprelin 27-də isə o vaxt üçün yeganə xəstənin sağaldığını bildirib. Aprelin 29-da yəmənli həkimlər daha 5 yeni koronavirus infeksiyasına yoluxma hadisəsini aşkar ediblər. Beləliklə, pandemiyanın başlanmasından indiyədək ölkədə altı yoluxma hadisəsi rəsmi olaraq təsdiqlənib.
BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli ölkə əhalisinin təxminən 80 faizini təşkil edərək humanitar yardıma ehtiyac duyur. Ölkədə məcburi köçkünlərin sayı 3 milyonu keçib. Təşkilat əhalisi daimi qida çatışmazlığı problemi ilə üzləşən bu ölkədə koronavirusun yayılmasının ciddi fəsadlar törədə biləcəyini istisna etmir.