Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 11:28
Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 27 olub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.