Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 6 min nəfəri keçib

İranda koronavirusdan ölənlərin sayı 6 min nəfəri keçib

Tarix: 30 Aprel 2020 13:52

Bakı. Elnur Bağışov - Trend:

İranda 19 fevraldan bu günədək (30 aprel) koronavirusdan (COVID19) ölənlərin sayı 6 028 nəfərə çatıb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 71 nəfərin koronavirusdan ölməsi öz təsdiqini tapıb.

Nazirlik rəsmisi bildirib ki, daha 983 nəfərin bu virusa yoluxması ilə ümumilikdə İranda koronavirusa yoluxanların sayı 94 640 nəfərə yüksəlib. Onlardan 2 976 nəfərin vəziyyəti ağırdır.

Cahanpur indiyədək 75 103 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 463 mindən çox test həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ