Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 14:00
Bakı. Trend:
2020-ci ilin birinci rübündə Avropa İttifaqının ümumi daxili məhsulu 2,7 faiz azalıb.
Trend-in məlumatına görə, bu, 2009-cu ilin üçüncü rübünün göstəricilərindən sonra ən kəskin azalma olub.
2019-cu ilin dördüncü rübündə Aİ iqtisadiyyatı 1,3 faiz artım nümayiş etdirib.
2009-cu ilin üçüncü rübü qlobal maliyyə böhranı müddətində isə Avropa İttifaqının iqtisadiyyatı 4,4 faiz azalıb.
Eyni zamanda 2020-ci ilin ilk üç ayında işsizlik səviyyəsi 6,6 faiz artıb.