Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 19:34
"Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
Onun sözlərinə görə, müəssisələrdə vətəndaşlarla görüşlər dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub:
"Bütün bu addımlar koronavirus infeksiyasının qarşısının alınmasına yönəlib. Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb. Bununla yanaşı, humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb".