Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq

Tarix: 4 Iyun 2019 13:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq.

Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, hazırda hotellərə ulduzların verilməsi istiqamətində iş aparılır.

F.Nağıyev əlavə edib ki, son zamanlarda ölkədə hostel və üç ulduzlu hotellərin sayı artır.

Agentlik sədri hazırda ölkədəki hotellərin sayının turistlərin tələbatını ödədiyini də söyləyib.

Bununla belə F.Nağıyev hesab edir ki, ölkədə yeni hotellər açılmalıdır. O, bunun üçün sahibkarlara dəstək verdiklərini də nəzərə çatdırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq


RƏYLƏR