Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA ''Qafqazda e.ə. II-I minilliklərdə mədəni-tarixi prosseslər'' mövzusunda videokonfrans keçirib

AMEA ''Qafqazda e.ə. II-I minilliklərdə mədəni-tarixi prosseslər'' mövzusunda videokonfrans keçirib

Tarix: 1 May 2020 12:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycandakı maddi mədəniyyət abidələrinin tədqiqi e.ə. II-I minilliklərdə ölkə ərazisində zəngin mədəni və siyasi baxımdan əhəmiyyətli proseslərin baş verdiyini göstərir.

Trend-in məlumatına görə, bu fikir AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazda e.ə. II-I minilliklərdə mədəni - tarixi prosseslər: ətraf bölgələrin təsiri, sosial qurluş və dini inanclar" mövzusunda keçirdiyi videokonfransda bildirilib.

Konfransda qeyd edilib ki, bu baxımdan dövrün inzibati idarəçiliyi, vahid dini inanclar sistemi və hərb işinin priroritet olması barədə geniş məlumatların əldə edilməsi aparılan araşdırmaların əsas nəticələri olub.

Videokonfransda tədqiqatçılar bildiriblər ki, e.ə. II-I minilliklər ölkəmizin qədim dövr tarixinin ən əhəmiyyətli mərhələlərini özündə əks etdirir.

Tədqiqatçılar Orta tunc dövrü, Son Xoçalı-Gədəbəy mədəniyyəti və Antik dövrün problemlərinə aid mövzuları müzakirə edib və gələcək illərdə Azərbaycan arxeologiyasının yeni tədqiqat mövzularına ehtiyac olduğunu bildiriblər.

Videokonfrans iştirakçıları müasir arxeologiya elminin tələbləri fonunda radiokarbon tarixlər seriyasının yaradılması, paleometal, paleoantropoloji, palinoloji, arxeogenetik və d. arxeometrik sahələr üzrə tədqiqatlar istiqamətində araşdırmaların intensivləşdirilməsinin vacibliyini də söyləyiblər.


Etiketlər:  AMEA Qafqazda minilliklərdə mədəni tarixi prosseslər mövzusunda videokonfrans keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ