Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 13:48
Mərkəzi Bankın proqnozlarına əsasən Azərbaycan tədiyə balansının kəsiri ölkənin ümumi daxili məhsulunun 3 faizinədək təşkil edəcək.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2020-ci ildə idxal və ixracın azalması gözlənilir. Bununla əlaqədar olaraq Mərkəzi Bank kommersiya banklarına ölkə üçün sosial əhəmiyyət daşıyan məhsulların, tibb vasitələri və ərzaq məhsullarının idxalını dəstəkləməyi tövsiyə edib.