Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 15:15
Azərbaycan ilə İordaniya arasında anlaşma memorandumu təsdiq edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı anlaşma memorandumunun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.
Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.