Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 08:12
ABŞ-ın kəşfiyyat xidməti "Zoom" videokonfranslar xidmətinin xarici hökumətlər, o cümlədən Çin tərəfindən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızlığı haqqında xəbərdarlıq edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, xüsusi xidmət orqanlarından bildirilib ki, "Zoom" barəsində narahatçılıq, həmçinin proqramın və yeniləmələrin qismən Çində hazırlanması ilə bağlıdır.
"Çinin "Zoom" proqramının serverlərinə giriş imkanına malik olması Pekinə ABŞ-ın dövlət və özəl sektorunun əməkdaşları ilə işləmək üçün unikal imkanlar yaradır. Başqa dövlətlər, həmçinin öz məqsədlərinə nail olmaq üçün "Zoom"un boşluqlarından istifadə edə bilərlər" - hesabatda deyilir.
"Zoom" xidmətinin nümayəndəsi öz növbəsində deyib ki, şirkət kəşfiyyatın məlumatı ilə razı deyil, hesabatı saxta adlandırıb.
Videorabitə üçün eyniadlı xidmət təqdim edən "Zoom Video Communications" şirkəti 2011-ci ildə təsis edilib. 2020-ci ilin martında proqramın günlük auditoriyası 2019-cu ilin dekabrı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon təşkil edib.