Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya və Natavan arasında imic qalmaqalı - FOTO

Röya və Natavan arasında imic qalmaqalı - FOTO

Tarix: 2 May 2020 12:30

Xalq artisti Röya Ayxanın yeni imici qalmaqala səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun uzunsaçlı obrazı həmkarı Natavan Həbibinin yeni klipindəki görüntüsü ilə eyniləşdirilib. Sosial şəbəkə istifadəçiləri Natavanı Röyanı təkrarlamaqda günahlandırıb.

Müğənni isə bu imicdə Röyadan öncə olduğunu sübut etmək üçün İnstaqramın "Story" bölməsində paylaşımlar edib. Natavan bölüşdüyü videolarla ötən ay klip çəkilişləri zamanı bu görüntüdə olduğunu qeyd edib.

Sənətçi daha sonra Röyanın yeni fotosessiyası zamanı onun imici üzərində çalışan Anar Ağakişiyevi işarələyərək "Səidə Sultanın geyim obrazından danış mənə. Anar, sən oynayırsan? Başqa nə var, nə yox?" deyə, yazıb.

Röya isə fotosessiyadan daha bir paylaşım edərək "Bir üzü ağarıb guya..." sözləri ilə qarşılıq verib.

Qeyd edək ki, bir müddətdir sənətçilər arasında qalmaqal yaşanır. N.Həbibi iki ay öncə "Söhbətsiz" proqramında Röyanı onun həyatını məhv etməkdə günahlandırmışdı. Röya isə ifaçını "bədbəxt" adlandırmışdı.

Milli.Az


Etiketlər:  Röya Natavan arasında imic qalmaqalı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ