Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 14:32
Arda Turan "Galatasaray"a qayıtmaq istəyir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
"Başakşehir"dən ayrıldıqdan sonra klubsuz qalan Arda karyerasını "Cim-Bom"da bitirmək istədiyini deyib: "Əvvəlcə ikinci uşağımı qucağıma almağı gözləyirəm. Sonra ailəmlə danışıb, bir qərar vermək istəyirəm. Hər zaman söylədiyim kimi "Qalatasaray" məni yetişdirən klub, mənim evimdi. Hər zaman ilk seçimim "Galatasaray"da oynamaq, karyeramı burada bitirməkdi".
Qeyd edək ki, Arda "Galatasaray"ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə "Atletico"ya satıb. 2015-ci ildə 34 milyon avroya "Barcelona"ya keçən futbolçu 2018-ci ildən icarə əsasına "Başakşehir"də çıxış edirdi. Ardanın Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.