Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 17:54
Türkiyə Superliqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə hazırlaşır.
Qol.az xəbər verir ki, “Qaziantep” mayın 11-dən hazırlığa başlayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda klubun bazasında bir araya gələcək.
Qeyd edək ki, artıq “Beşiktaş”, "Denizlispor", “Göztəpə” və “Kasımpaşa” məşqlərə başlayıb. Sabahdan etibarən “Fənərbaxça”nın futbolçuları da klubun bazasında məşqləri bərpa edəcəklər.