Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 21:04
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 61 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 397 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 670 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 126 045 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən sutka ərzində 4 892 nəfər sağalıb, sağalanların ümumi sayı 63 151 nəfər təşkil edir.