Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldo inanılmaz gəlir gətirir''

''Ronaldo inanılmaz gəlir gətirir''

Tarix: 4 May 2020 00:30

"Yuventus"un idman direktoru Fabio Paratiçi hücumçu Kriştiano Ronaldonun Turin klubu üçün oynadığı rolu haqda danışıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Kriştiano digər oyunçulardan fərqlidir. O, demək olar ki, bizim klub qədər böyük bir markanı təmsil edir. Ronaldonun inanılmaz gəlir gətirdiyini söyləyə bilərəm".

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında "Real"dan "Yuventus"a transfer olunub. O, bu mövsüm 35 matçda 25 qol vurub, 4 qolun ötürməsini verib.

 


Etiketlər:  Ronaldo inanılmaz gəlir gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ