Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 07:16
Bakı. Trend:
Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, ötən sutka ərzində ölkədə 4 588 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 147 nəfərə çatıb.
Məlumata əsasən, son sutka ərzində koronavirusdan 275 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 7 025 nəfər təşkil edir.