Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhruz Quliyev: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub

Bəhruz Quliyev: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub

Tarix: 4 May 2020 09:30

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlqmasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu kimi hallar araşdırılaraq müəyyən olunur, vəzifələrindən sui-istifadə edən, xalqın və dövlətin mənafeyinə zərər vuran məmurlar aşkar edilərək, qanun qarşısına çıxarılırlar:

"Qanun hər kəsə aiddir və vəzifəsindən asılı olmayaraq vətəndaş bu qanunlar qarşısında məsuliyyət hiss etməlidir. Əbəs deyil ki, dövlət başçısı bu barədə çıxışında Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsinin vacibliyinə toxunub, bu istiqamətdə amansız mübarizənin aparıldığını vurğulayıb. Xüsusilə, rayonlara təyin olunmuş bir sıra icra başçılarının həbslərini xatırladan ölkə rəhbərimiz belə xoşagəlməz halların digər rayonlarda da olduğunu deyib. Bu isə bir daha sübut edir ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək və xalqın, dövlətin mənafeyinə ziyan vuran istənilən şəxs məsuliyyətə cəlb ediləcək".

"Ölkəmizdə çoxşaxəli islahatlar aparılır və bu islahatların təməl prinsiplərindən biri də kadr islahatlarıdır", - deyən siyasi ekspert əlavə edib ki, dövlət başçımız yüksək vəzifələrə təyin etdiyi məmurlar qarşısında kifayət qədər dəqiq tələblər qoyur:

"Biz bu tələblərin hər birində kadrların dövlətə, xalqa bağlı, vətənpərvər olmaları vacibliyini görürük. Məhz bu baxımdan, xalqımızın lideri dövlət maraqlarının hər şeydən üstün olduğunu vurğulayır və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyinin başlıca şərt olduğunu qeyd edir. Təbii ki, bizlər də bir vətəndaş kimi daim Prezident İlham Əliyevin bu fikirlərini fəaliyyətimiz istiqamətində kredo olaraq dəyərləndirməli, dövlətimiz və xalqımız üçün çalışmalı, eyni zamanda neqativ hallara qarşı mübarizədə dəstəyimizi əsirgəməməliyik".


Etiketlər:  Bəhruz Quliyev Azərbaycanda korrupsiya rüşvətxorluğa qarşı mübarizə daim ölkə rəhbərliyinin diqqətində olub


RƏYLƏR