Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 19:48
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
“Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Trend-in məlumatına görə, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılıb, eləcə də gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilib.
Bundan başqa, ümumi yığıncaqda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunub və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin