Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Final matçını azarkeşlər qarşısında oynamaq istəyirlər

Final matçını azarkeşlər qarşısında oynamaq istəyirlər

Tarix: 4 May 2020 21:24

"Atletik" (Bilbao) və "Real Sosyedad" İspaniya kubokunun final oyununu azarkeşlər qarşısında oynamaq istəyirlər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hər iki klub buna görə ölkənin futbol federasiyasına müraciət ediblər. Onlar qarşılaşmanın azarkeşlərlə birgə oynanılması üçün şərait olana kimi gözləməyə hazır olduqlarını bildiriblər.

Aprelin 18-i keçirilməsi planlaşdırılan kubok koronavirus səbəbindən təxirə salınıb. UEFA Avropa Liqasında iştirak edəcək komandaların tam müəyyənləşməsi üçün finalın ən geci avqustun 2-nə kimi tamamlanmasını istəyir.

 


Etiketlər:  Final matçını azarkeşlər qarşısında oynamaq istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ