Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung şirkətinin gəlirləri açıqlandı - qazancı 7,6% azalıb

Samsung şirkətinin gəlirləri açıqlandı - qazancı 7,6% azalıb

Tarix: 5 May 2020 08:28

Cənubi Koreya  şirkəti Samsung Electronics şirkətinin hesabatına görə, bu ilin birinci rübündə təxminən 45,4 milyard dollar qazancı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gəlir 7,6% azalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hesabatda qeyd olunur ki, əməliyyat mənfəəti 5,3 milyard dollar olub.

Şirkətin yaddaş qurğuları istehsal edən bölməsinin gəliri PC və serverlər üçün yaddaşa artan tələbata görə yaxşılaşıb. Mobil yaddaş satışları dəyişməz qalıb. Eyni zamanda, mobil qurğular üçün digər mikroçiplərin satışları isə artıb. Displey satışı mobil qurğular üçün displeylərə olan tələbin azalması ilə qarşılaşıb.

Bu təsirə "COVID-19" pandemiyası faktoru da yer alır. Mobil qurğular istehsal edən bölmənin qazancı həm rüblük, həm də illik baxımdan artıb. Bu, böyük ölçüdə Galaxy S20 smartfonlarının uğuru ilə əlaqədardır. Televizorlar və məişət texnikası istehsal edən istehlakçı elektronikası bölməsinin fəaliyyəti pisləşib.

Milli.Az


Etiketlər:  Samsung şirkətinin gəlirləri açıqlandı qazancı 76 azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ