Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu komanda yoldaşlarının əlini sıxdığı üçün cəzalandırıldı

Futbolçu komanda yoldaşlarının əlini sıxdığı üçün cəzalandırıldı

Tarix: 5 May 2020 16:10

Almaniyanın "Herta" klubu futbolçu Salomon Kalunu məşqlərdən uzaqlaşdırıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, buna hücumçunun komanda yoldaşları ilə əl sıxması səbəb olub.

"Kot-d'ivuarlı futbolçu bəzi oyunçulara əl uzadıb görüşdüyünü əks etdirən videonu sosial şəbəkədə yerləşdirib.

Klub rəhbərliyi sosial məsafə qaydalarını pozduğu üçün S.Kalunu cəzalandırıb. Bununla bağlı futbolçu üzr istəyib.


Etiketlər:  Futbolçu komanda yoldaşlarının əlini sıxdığı üçün cəzalandırıldı


RƏYLƏR