Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:44
"Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da pandemiya ilə mübarizə məqsədi daşıyır: "Fond kifayət qədər şəffaf fonddur. Fonda toplanan vəsait üzərində ciddi nəzarət olacaq. Hazırda dövlətin bir məqsədi var: az itkilərlə mübarizədən qalib ayrılmaq".