Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabeti təqib və müalicə etmək üçün kontakt linza

Diabeti təqib və müalicə etmək üçün kontakt linza

Tarix: 5 May 2020 20:57

Geyilə bilən texnologiyalarda eynəklər və linzalar əhəmiyyətli bir yer tutursa da, bu işlər ümumiyyətlə görmə bacarığına təmərküzləşir. Cənubi Koreya araşdırmaçıları isə hadisəyə çox daha fərqli bir baxışla yaxınlaşdı və diabet xəstələrinə diqqət ayırdı.

Geyilə bilən texnologiyalar son illərdə getdikcə inkişaf edir. Ağıllı saatlar və bilərziklər, linzalar və eynəklər kimi cihazlar bazarda tez-tez özünə yer tapır. Ümumiyyətlə bu məhsulların hamısının ilk xüsusiyyət olaraq olmasa da sağlam həyata dəstək xüsusiyyətləri var.

Bəzi firmalar da birbaşa sağlamlıq ehtiyaclarını aradan qaldırmağı məqsəd qoyan işlər görür. Cənubi Koreya araşdırmaçıları da sağlamlıq sahəsində geyilə bilən texnologiyaların istifadəsi üçün yeni bir üsul yaratdı.

Cənubi Koreyadakı Pohang Elm və Texnologiya Universitetindən araşdırmaçılar, kabelsiz olaraq güc alan yeni kontakt linzalar yaratdı. Bu linzalar, diabetdən qaynaqlı torlu qişa problemi yaşayan xəstələrin vəziyyətini təqib edə biləcək, diaqnoz qoya biləcək və lazımlı tibbi müalicəni təmin edə biləcək.


Etiketlər:  Diabeti təqib müalicə etmək üçün kontakt linza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ