Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 09:56
Türkiyədə yaşayan azərbaycanlı sənətçi yeni növ koronavirusla mübarizə çərçivəsində səhiyyə işçilərinə dəstək rəqsi nümayiş etdirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İstanbul Universitetinin tələbəsi, Bengü-Türk televiziyasının "Azərbaycan Ruzigarı" proqramının müəllifi və aparıcısı Səidə Ömər COVID-19-dan evlərinə sığınan izləyicilərin hüzuruna məşhur "Asturias" musiqisindən istifadə etməklə "Flamenco" rəqs ştrixləri ilə gəlib.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejjisorluq ixtisasının məzunu olan Səidə Ömər rəqs sənətininə yiyilənməklə Bakıda yüzlərlə tələbələr yetişdirib. Odur ki, sənətçi mütəmadi olaraq "Azərbaycan Ruzigarı" proqramında rəqs sənətindən də müxtəlif nümunələr nümayiş etdirir.
Bu dəfə isə UNESCO-nun da mədəni irsinə daxil edilən və dünyəviləşən mədəniyyət nümunəsinə müracitət edib.
Səidə Ömər Trend-ə açıqlamasında bildirib: "Məqsədim cansıxıcı günlər yaşadığımız bu ərəfədə yalnız türk dünyasına deyil, həbsə məhkum olan bütün bəşər övladının yaşantısına bir rəng qatmaqdır".
Kompozisiyaya maska və əlcək çalarlarının əlavə olunması xüsusi diqqət çəkib. Səidə xanım onu da qeyd edib ki, rəqs kompozisiyasını tələbə yoldaşı olan rejissor Əli İmanov çəkib:
"Bu gözəgörünməz düşmənimiz olan yeni növ koronavirusdan qorunmaq üçün həkimlərin bizə dönə-dönə tövsiyə etdiyi maska və əlcəkdən istifadə etmək bir dəstək mesajıdır. Hesab edirəm ki, bu sıxıntılı günləri qısa zamanda aşmaq üçün həyatlarını bizlər üçün riskə atan həkimləri dinləmək və dediklərinə əməl etməliyik. Məsafəmizi qoruyaq, sağlam qalaq".