Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 15:52
Azərbaycan yığması tarixində ən ağır məğlubiyyətini Fransa yığmasından alıb.
AVRO-1996-nın seçmə mərhələ matçı millimizin tarixinə "Oser faciəsi" kimi düşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Oserin "İ Abbe-Deşams" stadionunda Eme Jakenin yetirmələrindən 10 cavabsız qol buraxıb. Bu, dünya və Avropa çempionu olan Fransa yığması tarixində hələ də ən böyükhesablı qələbədir.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, bu videoda siz 1995-ci ildə "Oser faciəsi"ndə iştirak edən Azərbaycan yığmasının heyəti barədə məlumat əldə edəcəksiniz. Fransaya 0:10 uduzan futbolçular kimlər idi və onların indiki taleyindən nə xəbər var?
XÜSUSİ QEYD: Yunis Hüseynovun son klubu "Kəpəz" olub. O, hazırda AFFA-nın Texniki Fepartamentinin rəhbəri Bernard Lippertin müavinidir.