Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elsevər Ağayev: Azərbaycan səhiyyəsində uzun illər əldə edilən nailiyyətlər bu gün öz bəhrəsini verir

Elsevər Ağayev: Azərbaycan səhiyyəsində uzun illər əldə edilən nailiyyətlər bu gün öz bəhrəsini verir

Tarix: 6 May 2020 22:33

Bakı. Samir Əli - Trend:

Azərbaycan səhiyyəsində uzun illər əldə edilən nailiyyətlər artıq bu gün öz bəhrəsini verir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev Real TV-yə müsahibəsi zamanı deyib.

Karatindən çıxış dövrü haqqında danışan nazir müavini bildirib ki, Operativ Qərargah tərəfindən elan olunmuş karantindən mərhələli çıxışın düzgün idarəolunması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən koronavirusla bağlı həftəlik statistik məlumatlar Qərargaha təqdim edilir və bu statistikadan istifadə edilir.

Eyni zamanda nazir müavini İSİM-in karantin dövründə maarifləndirici rolunu xüsusi olaraq vurğulayıb:

“COVİD–19 pandemiyası ilə bağlı məlumatı təqdim edən dəqiq və operativ portalın (koronovirusinfo.az) qarşısında qoyulmuş məqsədlərə çatması məhz peşəkar mütəxəssislərin əməyinin nəticəsidir. Eyni zamanda Səhiyyə Nazirliyini təmsil edən baş epidemioloq, baş virusoloq və digər baş mütəxəssislər də mütamadi olaraq müxtəlif televiziya kanallarında çıxış edir və öz ekspert fikirlərini paylaşırlar.

Həmçinin maraqlı və qürurduyucu bir məqama da toxunmaq istəyirəm. Məsələn, son günlər mətbuatda elə bir xəbər yayıldı ki, digər ölkələrin bir sıra xəstəxanalarında çalışan həkimlər COVİD-19 təhlükəsi qarşısında işdən imtina ediblər. Lakin Azərbaycan həkimləri vətənpərvərlik və həmrəylik kimi dəyərləri üstün tutaraq, xalqımızın sağlamlığı üçün koronavirusa qarşı mübarizədə hər gün sözün əsl mənasında qəhrəmanlıq və fədakarlıq nümayiş etdirirlər”.

Elsevər Ağayev vurğulayıb ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev qeyd etdi ki, bizim həkimlər daim öz təcrübələrini paylaşaraq, digər ölkələrə də dəstək verməyə hazırdırlar:

“Azərbaycan səhiyyəsinin uzun illər boyu əldə etdiyi nailiyyətlər artıq bu gün öz bəhrəsini verir. Bu müddət ərzində Səhiyyə Nazirliyinin tərəfindən güclü peşəkar kadrlar yetişdirilib və yaranmış böhran vəziyyətdə tibbi personal peşərkarlığı ilə birgə öz qəhramanlıq və fədəkarlığını da nümayiş etdirib”.

Sonda nazir müavini karantin rejimindən mərhələli çıxış mövzusuna bir daha toxunaraq qeyd edib ki, Hazırda hamımız xüsusi karantin rejimindən çıxış dövrünü yaşayırıq:

”Bu çıxış mərhələli şəkildə həyata keçiriləcək. Burada hər bir vətəndaşın sosial məsuliyyəti tövsiyə və qaydalara maksimal dərəcədə riayət etməkdən ibarətdir”.


Etiketlər:  Elsevər Ağayev Azərbaycan səhiyyəsində uzun illər əldə edilən nailiyyətlər gün bəhrəsini verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ