Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 13:48
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 68 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, 19 fevraldan indiyədək İranda bu virusdan ölənlərin sayı 6 486 nəfərə çatıb.
Nazirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində daha 1 485 koronavirusa yoluxması ilə İranda bu virusa yoluxanların sayı 103 135 nəfərə yüksəlib. Onlardan 2 728 nəfərin vəziyyəti ağırdır.
Cahanpur deyib ki, indiyədək ölkədə 82 744 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 544 mindən çox test həyata keçirilib.