Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 8 milyard manatı ötüb

Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 8 milyard manatı ötüb

Tarix: 7 May 2020 16:04

2020-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8,8 milyard manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 19,7 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2020-ci il vəziyyətinə 300,6 milyon manatlıq hazır məhsul ehtiyatı olubub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


Etiketlər:  Bakıda sənaye məhsullarının xidmətlərinin həcmi milyard manatı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ