Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 16:36
Bakı. Trend:
Gürcüstan iyulun 1-dən etibarən xarici turistləri qəbul edəcək.
Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Georgi Qaxariya hökumətin iclasında deyib.
Nazir əlavə edib ki, iyunun 15-dən başlayaraq ölkədə daxili turizm xidmətləri işə düşəcək.
Bununla da Gürcüstan koronavirus pandemiyasından sonra sərhədləri xarici turistlər üçün açan ilk ölkə olacaq.
Qeyd edək ki, ötən həftə Gürcüstanın iki iri şəhəri - Batumi və Kutaisiyə giriş-çıxış açılıb. Mayın 11-dən paytaxt Tbilisiyə giriş-çıxış mümkün olacaq.
Xatırladaq ki, bu günədək Gürcüstanda 615 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb, 275 nəfər sağalıb.