Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:09
Bakı. İlhamə İsabalayeva – Trend:
1 iyun 2020-ci ildən tədrisin bərpası nəzərdə tutulmur, yəni həmin tarixdən dərslər başlamayacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi kütləvi tədbirlərin keçirilməsi ilə bağlı sənəd hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Yaxın günlərdə bu sənədin təsdiqi planlaşdırılır.