Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 21:20
Latviyanın mülki aviasiya agentliyi may ayının 2-də səmada itən drona görə bütün avia uçuşların təxirə salındığını elan edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, itən pilotsuz uçuş aparatı UAVFactory şirkəti tərəfindən hazırlanıb.
Onun çəkisi 26 kiloqram, ölçüsü isə 3,5-dən 5,5 metrə qədərdir. Maksimal sürət həddi 70 km/s-dır. Cihazda olan yanacaq təxminən 90 saat uçuş üçün bəs edir.
Uçuş aparatının ölçülərini, eləcə də müxtəlif ərazilərdə uçma ehtimalını nəzərə alan Latviya hökuməti, onu təyyarələr üçün təhlükəli hesab edərək, hava uçuşlarını təxirə salıb.
Bu qərar 5 950 metr hündürlüyündə uçacaq bütün aparatlara şamil olunur.
İtmiş dronun axtarışı ilə bir neçə xüsusi qurum məşğuldur.