Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 21:56
"Boeing Australia" şirkəti bu ölkənin silahlı qüvvələri üçün hazırladığı "Loyal Wingman" adlı süni zəkalı pilotsuz uçuş vasitəsinin ilkin variantını təqdim edib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, 11,5 m uzunluğundakı yeni təyyarə "müstəqil uçuşlar və yaxud adi təyyarələri dəstəkləmək üçün süni zəka tətbiq edəcək və bu zaman təhlükəsiz məsafəyə riayət edəcək".
Şirkətdən bildiriblər ki, yeni pilotsuz təyyarələr radioelektron qarşıdurmalarda, kəşfiyyat və müşahidə fəaliyyətlərində istifadə oluna bilər.