Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan növbəti dəfə sübut etdi ki, dünya dövlətləri arasında ən qabaqcıl ölkələr sırasındadır''

''Azərbaycan növbəti dəfə sübut etdi ki, dünya dövlətləri arasında ən qabaqcıl ölkələr sırasındadır''

Tarix: 8 May 2020 15:14

"Modul tipli xəstəxana kompleksinin açılışında Azərbaycan Prezidentin iştirakı əhəmiyyətli bir faktdır. Çünki Azərbaycan növbəti dəfə sübut etdi ki, dünya dövlətləri arasında ən qabaqcıl ölkələr sırasındadır və öz daxilində koronavirusun qarşısının alınması istiqamətində lazımi işlər görür və lazımi nəticələri əldə edir. Sübut olundu ki, koronavirusa qarşı mübarizənin gedişində Azərbaycan özünün səhiyyə sistemini də tam şəkildə təkmilləşdirir və yeniləyir. Çünki bu, Azərbaycanda ilk təcrübə idi ki, modul tipli açılan xəstəxanaların açılışına başlanılır və ölkənin Prezidenti bu işə xüsusi diqqət göstərir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xəstəxana kompleksinin açılışı ölkəmizin koronavirusa qarşı mübarizədə həm ölkə daxilində əldə etdiyi nəticələrin, həm də dünya miqyasında dövlətlərin səylərinin birləşdirilməsi istiqamətində xüsusi nəticələrin əldə edildiyinin bariz nümunəsi idi: "Bir daha bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan həm ölkə daxilində böyük nəticələr əldə edir, pandemiyanın birinci mərhələsini uğurla yekunlaşdıran dövlətlərdən biridir, pandemiyanın yayılmasında və koronavirusdan sağalanların arasında dinamikanın müsbət istiqamətdə dəyişdirilməsinə nail olmuş ilk ölkələrdən biridir, həm də dünya gördü ki, Azərbaycan dünya dövlətlərin səylərinin birləşdirilməsi istiqamətində də çox böyük nəticələr əldə edir. Xüsusilə də böyük tədbirlərin keçirilməsi, Qoşulmama Hərəkatına üzv olan ölkələrin videokonfransının keçirilməsi barədə fikirlər dünyada bir daha rəy yaradır ki, Azərbaycan dövlətlərin birləşdirilməsinə çox vacib bir istiqamət kimi baxır. Xüsusilə son Zirvə görüşündə Azərbaycan Prezidentinin əhalinin kasıb təbəqəsi üçün ayrılmış yardımların mənimsənilməsi istiqamətində xəbərdarlıqları çox böyük əhəmiyyət daşıyır. Acı da olsa, biz hələ də bu faktlara rast gəlirik ki, aztəminatlı ailələr üçün ayrılan yardımlar bəzi məmurlar tərəfindən mənimsənilir. Prezident İlham Əliyev ciddi xəbərdarlıq etdi ki, bu mənimsənilmələr həm dövlətin siyasətinə qarşı aparılan təxribatdır bəzi məmurlar tərəfindən, həm də kasıb təbəqəyə, yardıma ehtiyacı olan təbəqəyə ayrılmış yardımın mənimsənilməsi həmin təbəqəyə təkrar olaraq vurulan zərbədir".

"Azərbaycanın koronavirusa qarşı mübarizədə əldə etdiyi nailiyyətlərin, böyük nəticələrin təqdimatı baxımından cənab Prezidentin son görüşdə etdiyi çıxış böyük əhəmiyyət daşıyır. Eyni zamanda pandemiyanın ikinci mərhələsinin, ikinci dalğasının qarşısını daha səmərəli şəkildə almaq və daha qısa müddətdə bu mərhələni keçmək üçün Prezidentin dedikləri böyük əhəmiyyət daşıyır. Xüsusilə də Prezidentin cəmiyyətə karantin qaydalarına sona qədər əməl etmək, sosial məsafə saxlamaq, evdə oturmaq, təcrid olunmaq və s. bu kimi çağırışların, qaydaların sona kimi icra olunması ilə bağlı etdiyi çağırışlarla bir daha göstərdi ki, Azərbaycan pandemiyanın ikinci mərhələsinə də qalib gələ bilər", - A.Quliyev qeyd edib.

"Prezidentin cəmiyyətə birinci mərhələni uğurla yekunlaşdırdığımız barədə verdiyi mesajın da xüsusi əhəmiyyəti var, çünki bu bir daha nümayiş etdirdi ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə ortaya qoyduğu qaydaları bütün cəmiyyət dəstəkləyir, bütün cəmiyyət onları anlayışla qarşılayır və bunun nəticəsi idi ki, birinci mərhələni Azərbaycan uğurla yekunlaşdıra bildi. Cənab Prezident Azərbaycan cəmiyyətinə pandemiyanın ikinci mərhələsinin rahat keçməyinin ən uğurlu modelini və yollarını bir daha göstərdi", - ekspert bildirib.

Təhməz Əsəd


Etiketlər:  Azərbaycan növbəti dəfə sübut etdi dünya dövlətləri arasında qabaqcıl ölkələr sırasındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ