Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 11:40
"Metrodan istifadə edən sərnişinlərin sayı əvvəlki vaxtlarla müqayisədə xeyli azalıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, daşınan sərnişinlərin sayı təxminən 8-10 dəfə azdır:
"Metro fəaliyyətini dayandırdığı zamana qədər gün ərazində adi iş günləri 800 min, şənbə günü 600 min, bazar günü isə 400 min nəfər sərnişin daşınırdı. Əvvəlki vaxtlarla müqayisədə bu gün səhər saatlarından fəaliyyətə başladığı ilk 4 saat ərzində daşınan sərnişinlərin sayı həddindən artıq azdır. Gün ərzində sərnişin axınından asılı olaraq bu göstəricilər dəyişə bilər".