Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 13:24
"Mançester Siti"nin sahibi olan "City Football Group" rəhbərliyi yeni klub almağa hazırlaşır.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, holdinq bu dəfə Belçika təmsilçisi "Lommel"ə elçi düşüb.
Bir neçə kluba sponsorluq edən "City Football Group" Belçikanın ikinci liqa təmsilçisinin də səhmlərini almaqda maraqlıdır. Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan liqada "Lommel" 6-cı yeri tutub. Klubun 2 milyon avro borcu var.
Qeyd edək ki, "City Football Group" "Mançester Siti"dən başqa MLS klubu "Nyu York Siti" və Avstraliya təmsilçisi "Melburn Siti"nin sahibidir.