Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Disney+ xidməti sürətlə böyüsə də, şirkət 1 milyard dollar zərərə uğrayıb

Disney+ xidməti sürətlə böyüsə də, şirkət 1 milyard dollar zərərə uğrayıb

Tarix: 9 May 2020 23:40

Disney+ xidmətinin bütün dünya üzrə izləyici sayı 54.5 milyona çatıb. Şirkət tərəfindən bu rəqəm aprel ayının 8-də 50 milyon olaraq göstərilir. Qısa bir müddət ərzində istifadəçi sayı 4.5 milyon artıb. Noyabr ayında istifadəyə verilən Disney+ altı ay ərzində 54.5 milyon istifadəçi toplaya bilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Disney şirkətinin hesabatında deyilir.

İstifadəçilərin sayının sürətlə çoxalmasına səbəb xidmətin bu ilin əvvəlində Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, İspaniya, Avstriya, Fransa, İsveç və Hindistanda da fəaliyyət göstərməsi olub. Eyni zamanda, karantin rejimilə əlaqədar insanların evdə daha çox vaxt keçirməsi də istifadəçilərin sayına təsir göstərən amillərdəndir.

Həmçinin Disney+ Apple TV fonunda üstünlüyə malikdir. Disney şirkəti Star Wars və Marvel kimi milyonlarla izləyicisi olan filmləri yayımlamağa eksklüziv hüquq əldə edib.

Disney+ sürətlə böyüməsinə baxmayaraq, Disney şirkəti bu ilin birinci rübündə 1 milyard dollar zərərə uğrayıb. Buna səbəb koronavirusa görə, bütün dünyada bağlanan parkları, o cümlədən, Disneyland, Walt Disney və World Resort-un bağlanmasıdır.

Milli.Az


Etiketlər:  Disney xidməti sürətlə böyüsə şirkət 1 milyard dollar zərərə uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ